28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinin bank hesabları barədə məlumatlar banklar tərəfindən vergi orqanına təqdim olunacaq

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Məcəllədə edilmiş növbəti dəyişiklik bank hesabları barədə məlumatların vergi orqanına təqdim edilməsi ilə bağlıdır. Dəyişiklik bütün vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatların banklar tərəfindən vergi orqanına təqdim edilməsini nəzərdə tutur.

Məlum olduğu kimi, 1 yanvar 2020-ci ildən etibarən ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab olunduğundan səmərəli vergi nəzarəti mexanizminin qurulması məqsədilə ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatların aylıq olaraq əldə edilməsi həyata keçirilir.

Növbəti addım olaraq isə kölgə iqtisadiyyatının həcminin azaldılması istiqamətində vergi orqanları tərəfindən aparılan nəzarət tədbirlərinin effektivliyinin artırılması məqsədilə yalnız ƏDV ödəyicilərinin deyil, bütün vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmış bank hesabları barədə məlumatlar banklar tərəfindən vergi orqanına təqdim ediləcəkdir.

Belə ki, bank hesabları barədə məlumatların əldə olunmasının əsas məqsədlərindən biri bank hesabları üzrə daxil olan və vergi ödəyicisinin fəaliyyəti barədə mənbəyi bəlli olan məlumatlar əsasında vergi orqanı tərəfindən vergi ödəyicilərinin vergi öhdəliyinin düzgün müəyyən edilməsi və vergidən yayınma hallarının qarşısının alınmasıdır.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?