12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bir sıra bəyannamə, hesabat, onların əlavələrinin forma və tərtib olunma qaydaları təsdiq edilib

Məlum olduğu kimi, 9 iyul 2021-ci il tarixli 360-VİQD saylı Azərbaycan Respublikasının Qanunu ilə mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafatın qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid edilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddələr əlavə edilib. Həmçinin mediatorların məcburi dövlət sosial sığorta haqlarına aid edilməsi ilə əlaqədar “Sosial sığorta haqqında” Qanuna da müvafiq dəyişikliklər edilib.

Bu səbəbdən, bəyannamə formalarının təkmilləşdirilməsi, sadələşdirilməsi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, hesabatların göndərilməsi zamanı səmərəliliyin artırılması məqsədilə bir sıra bəyannamələrin, hesabatların, onların əlavələrinin formaları və tərtib olunması qaydalarında dəyişikliklər edilməsinə zərurət yaranıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə formalarında və doldurulması qaydalarında, həmçinin əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər edilib.

Qeyd olunan dəyişikliklər barədə ətraflı məlumatı bu linkdən əldə etmək olar: (https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar).

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?