29 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Startapların vergiyə cəlb olunma sxemi müzakirə edilir

Vergilər Nazirliyində Avropa İttifaqının TAIEX institusional quruculuq aləti çərçivəsində "Startapların vergiyə cəlb olunması" mövzusunda ekspert missiyası tədbiri keçirilir. Üç gün davam edəcək tədbirdə Macarıstan Maliyyə Nazirliyinin Gəlir vergisi və sosial ödəmələr departamentinin vergi hüququ üzrə mütəxəssisi Virag Liptak, Vergi siyasəti və beynəlxalq vergitutma departamentinin əməkdaşları Katalin Horvat və Nandor Marmolı startapların vergiyə cəlb olunması, ekosistemi, inkişafı kimi ayrı-ayrı sahələr üzrə təcrübələr barədə məlumat verəcək, eləcə də startapların vergiyə cəlb olunması istiqamətləri barədə təqdimatlar edəcəklər.

Ekspert missiyasının məqsədi sadələşdirilmiş vergitutma təcrübəsinin əldə olunmasına, vergi öhdəliklərinin dəqiq və vaxtında qiymətləndirilməsinə yardım etməkdir. Tədbir iştirakçıları 2020-ci ilədək Avropa sahibkarlıq ekosistemində görmək istədikləri innovativ yeniliklər, layihələr barədə təqdimatlarla çıxış edəcəklər.

Fəxriyyə İKRAMQIZI

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?