12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşdən çıxan vətəndaşın tibbi sığortası

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib ki, 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi işəgötürənlərin qarşısında yeni vergi öhdəliyi yaradacaq və bu zaman vergi ödəyicisi olan işəgötürənin işçisini icbari tibbi sığortalaması məcburidir: "Tibbi sığorta haqqında" Qanuna əsasən, Azərbaycan Respublikası Milli Məclisi və Prezidenti tərəfindən təyin olunan, həmçinin seçkili ödənişli vəzifədə işləyən, neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə nəzərdə tutulan sığorta haqqı sığortalı (işəgötürən) tərəfindən hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. İşçinin əmək müqaviləsinə xitam verildiyi hallarda, əmək müqaviləsinə xitam verildiyi tarixdən bir ay ərzində həmin şəxsin sığortaolunan statusu saxlanılır".

Sığorta xərclərinə gəlincə, icbari tibbi sığorta haqqı işəgötürən və işçi arasında bölünür. Agentliyin açıqlamasında qeyd edilib ki, işçinin icbari tibbi sığorta haqqı üzrə xərcinin bir hissəsini işəgötürən ödəməlidir. Bunu işçinin sağlamlığının mühafizəsinə yönələn addım kimi qiymətləndirmək olar. Xatırladaq ki, icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarətdir: baza və əlavə hissə. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Xidmətlər zərfinin baza hissəsindən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur. Baza hissəsi üzrə hər il adambaşına dövlət büdcəsi hesabına 29 manat ödəniləcək.

Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün icbari tibbi sığorta haqqı ödənilməlidir. Milli Məclis və Prezident tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə və əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi işəgötürən tərəfindən, işçinin əməkhaqqının aylıq 2 faizi isə işçi tərəfindən ödəniləcək.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?