18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanlarında işə qəbulla bağlı imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi Vergilər Nazirliyi ilə birgə 2019-cu il martın 30-da "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında" Əsasnaməyə müvafiq olaraq, vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir ki, namizədlər "İmtahana buraxılış vərəqəsi"ni martın 27-dən 29-dək (saat 10:00-dan 18:00-dək) Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Bakı şəhərində 5 binada təşkil olunacaq imtahan saat 11:00-da başlayır, saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 147 nəzarətçi-müəllim cəlb olunacaq.

Mərkəzdən bildirilib ki, imtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. İmtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Müsabiqənin test imtahanı mərhələsinin mövzularını (məntiq üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) "İşə qəbul. Müsabiqələr" bölməsinin müvafiq altbölməsində yerləşdirilib.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?