11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kameral və səyyar vergi yoxlamaları

Vergi orqanları tərəfindən bir sıra metodlardan istifadə etməklə yoxlamalar aparılır. Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana getmədən vergi ödəyicisinin fəaliyyəti (vergilərin hesablanması və ödənilməsi) haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında aparılır.

Bu barədə fikirlərini bölüşən mühasib Aqil Səfərov bildirib ki, kameral vergi yoxlaması vergi ödəyicisinin Vergi Məcəlləsinə uyğun olaraq vergi bəyannaməsini vergi orqanına təqdim etdiyi vaxtdan 30 iş günü müddətində keçirilir.

Məcəllənin 38-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkanda keçirilən vergi yoxlaması növüdür. Səyyar yoxlama növbəti və növbədənkənar formada ola bilir. Əgər növbəti səyyar vergi yoxlaması keçirmək qərarı verilirsə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlamasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilməklə xəbərdarlıq edilir. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının keçirilməsi əsasını və tarixini, həmçinin vergi ödəyicisinin və vergi orqanlarının hüquqları və vəzifələri göstərilməlidir.

Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində 1 dəfədən artıq olmayaraq keçirilir və 30 gündən artıq vaxt davam edə bilməz. Xüsusi hallarda vergi orqanlarının qərarına əsasən, səyyar vergi yoxlaması müddəti 90 günə qədər artırıla bilər.

Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən bir neçə hallarda aparıla bilər.

  • Vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri vaxtında təqdim edilmədikdə və bu barədə vergi orqanı xəbərdarlıq etdikdə belə yenə də təqdim edilmədikdə;

  • Vergi yoxlaması nəticəsində tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş informasiya aşkar edildikdə;

  • Vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faiz və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə daxil olduqda;

  • Vergi orqanının əldə etdiyi mənbəyi məlum olan hər hansı informasiya əsasında vergi ödəyicilərinin gəlirlərinin və ya vergitutma obyektlərinin gizlədilməsi və ya azaldılması müəyyən edildikdə;

  • Vergi ödəyicisi riskli vergi ödəyicisi olarsa və s. hallarda.
VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?