27 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur?

2020-ci ildə Vətən müharibəsində iştirak etmişəm və müharibə veteranıyam. 2018-ci ildən dövlət sektorunda çalışıram. Bilmək istərdim ki, Vergi Məcəlləsində müharibə veteranlarının əməkhaqlarına vergi və sığorta haqlarından güzəşt nəzərdə tutulubmu? Güzəşt müəyyən olunubsa, bu, mənə hansı vaxtdan tətbiq ediləcək?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"na əsasən müharibə veteranı vəsiqəsi və ya müvafiq dövlət orqanlarının arayışları (sənədlərdən biri) əsas iş yerinə təqdim edilməlidir.

Buna əsasən, müharibə veteranı adı aldığınızı təsdiq edən müvafiq təsdiqedici sənəd əsas iş yerinə təqdim olunmaqla muzdlu işdən əldə olunan gəlirlərinizə 400 manat vergi güzəşti tətbiq edilə bilər. Həmçinin, güzəşt hüququnu təsdiq edən müvafiq sənədin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, həmin əsas iş yerində vergi güzəşti 2022-ci il yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim olunduğu andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Müharibə veteranı adı almış şəxslərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərinə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqından azadolmaların verilməsi isə qanunvericilikdə müəyyən edilməyib.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci maddəsi, "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında" və "Tibbi sığorta haqqında" qanunlar, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə tənzimlənir.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?