6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?

Çıxarışı olmayan evə görə əmlak vergisi ödənilməlidirmi?

Mənə məxsus yaşayış evinin mülkiyyət sənədi (çıxarışı) olmadığı halda ərazi bələdiyyəsi tərəfindən iyul ayında tədiyyə bildirişi təqdim edilib. Həmin bildirişdə 95 manat əmlak vergisi borcumun olduğu qeyd edilib. Bilmək istərdim ki, mülkiyyət sənədi olmayan evə görə əmlak vergisi hesablanılırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisinin ödəyicisidir. Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar, o cümlədən fərdi yaşayış evləri əmlak vergisinin vergitutma obyektidir.

Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Göründüyü kimi, fiziki şəxslər mülkiyyətində olan daşınmaz əmlaka görə əmlak vergisinin ödəyicisi sayılır və daşınmaz əmlaka mülkiyyət hüququ müvafiq qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla müəyyən olunur.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 196-cı və 197-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?