28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə barədə məlumatlandırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə öz biznesini qurmaq istəyən şəxslər, startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatların üstünlükləri” mövzusunda onlayn seminar keçirilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, tədbirdə Xidmətin Dövlət qeydiyyatı Baş İdarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar və elektron qeydiyyatın yeni imkanları barədə ətraflı məlumat verib, elektron qeydiyyat sistemindən istifadə qaydalarını əyani şəkildə nümayiş etdirib. Bildirilib ki, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatların həyata keçirilməsində məqsəd biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Elektron qeydiyyat zamanı qeydiyyat sənədləri vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və sənədlərin kağız daşıyıcıda təqdim olunmasına ehtiyac olmur. Həmçinin elektron kabinetə göndərilmiş qeydiyyat sənədlərinin bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatların müvafiq informasiya sistemlərinə inteqrasiyası təmin edilib.

Onlayn seminarda yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatına dair videoçarx nümayiş olunub, biznesin qeydiyyatına və elektron qeydiyyat prosedurlarına dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektləri, startaplar və öz biznesini qurmaq istəyən şəxslər üçün mütəmadi olaraq KOBİA və Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici tədbirlər, o cümlədən təlim və seminarlar təşkil edilir.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?