27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Diplomatik korpusun nümayəndələri vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə məlumatlandırılıb

Martın 4-də "Hyatt Regency" otelində Prezident Administrasiyasının dəstəyi, Xarici işlər və Vergilər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib. Məqsəd diplomatik korpus nümayəndələrini vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə məlumatlandırmaq olub.

Tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cabbarov ölkədə həyata keçirilən iqtisadi islahatlar, xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti, vergi islahatları, onların məqsəd və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, ölkə iqtisadiyyatının qarşısında duran əsas iqtisadi vəzifələr ixracyönümlü qeyri-neft sənayesinin yaradılması, xammala bağlı olmayan inkişaf mexanizmlərinin qurulması, biznes mühitinin və sahibkarlığın inkişafının stimullaşdırılmasıdır. Bu hədəflərə nail olmaq üçün vergi qanunvericiliyində, vergi inzibatçılığında və bilavasitə idarəetmə sistemində köklü islahatlar aparılır.

Nazir 2018-ci ildə dövlət-biznes münasibətlərində yeni yanaşmaların sərgiləndiyini, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması üçün yeni iqtisadi mexanizmlərin tətbiq edildiyini diqqətə çatdırıb. Vergi islahatlarının əsas prinsipləri sırasında proqnozlaşdırmanın mümkünlüyünü, şəffaflıq və bərabərliyə əsaslanmanı qeyd edən Mikayıl Cabbarov islahatların biznesin könüllü əməletmə səviyyəsinin və fiskal gəlirlərin artmasına müsbət təsir göstərdiyini vurğulayıb. Nazir vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərin ölkədə sahibkarlıq və investisiya mühitinin cəlbediciliyinin artırılması, biznes aparılması üçün mövcud şərtlərin daha da yaxşılaşdırılması məqsədi daşıdığını qeyd edib.

Sonra Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı tədbir iştirakçıları üçün geniş təqdimat keçirilib, diplomatik korpus nümayəndələrinin sualları cavablandırılıb.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?