27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özəl şirkətlərə korporativ sosial məsuliyyət layihələrinə görə əlavə vergi güzəşti

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il yanvarın 1-dən 10 il müddətinə gəlir vergisindən azaddır. Bu müddəalar yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Misal: Tutaq ki, "A" MMC təhsilin inkişafı məqsədilə təhsil müəssisəsinin bank hesabına nağdsız qaydada 5.000 manat vəsait köçürüb. Hesabat ilinin yekunlarına görə "A" MMC 40.000 manat vergiyə cəlb olunan mənfəət əldə edir. MMC-nin təhsil müəssisəsinə köçürdüyü 5.000 manatlıq vəsaitin 4.000 manatı (mənfəətin 10 faizdən çox olmayan hissəsi) onun vergiyə cəlb edilən mənfəətindən çıxılır. Yerdə qalan 36.000 manat məbləğdən müvafiq qaydada vergi tutulur:

40.000 - 4.000 (40.000 x 10% = 4.000) = 36.000

Onu da deyək ki, bu güzəştlər səhmlərinin 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin adından yaradılan publik hüquqi şəxslərə aid deyil. Bundan, əsasən, özəl şirkətlər yararlana biləcəklər.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?