26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Vergilər. Şəffaflıq. İnkişaf"

Natəvan Məmmədova, "AmCham"ın icraçı direktoru

Forum, sözün əsl mənasında, gözləntilərimizi üstələdi, çox maraqlı tədbir oldu. Ümumiyyətlə, ölkə iqtisadiyyatını tənzimləyən bir neçə qurum rəhbərinin bir araya gəlib suallarımızı açıq şəkildə cavablandırması bizi çox sevindirdi. Forumun adı "Vergilər. Şəffaflıq. İnkişaf"dır. Biz bu prosesi və istiqaməti izləyirik. Həqiqətən də işlər bu istiqamətdə gedir. Bilirsiniz ki, biz ictimai iştirakçılıqla bağlı olaraq islahatlar prosesində yaxından iştirak edirik, baş verən dəyişikliklərə, qanunvericiliyə rəylərimiz dinlənilir.

Gözləntilərimiz də var. Forumda vergi uçotunun daha da yaxşılaşdırılması, vergi amnistiyası məsələlərinə toxunduq. Assosiasiyalarla və vergi orqanları əməkdaşları ilə əlaqələri daha da möhkəmləndirmək lazımdır. Dəyişikliklərin tətbiqi üçün daha çox vaxt verilməlidir ki, sonradan problemlərlə rastlaşmayaq.

Cemal Yangın, Azərbaycan Türkiyə İş adamları Birliyinin sədri

Belə gözəl, açıq forum keçirdiyinə görə Vergilər Nazirliyinin rəhbərliyini təbrik etmək istəyirəm. Azərbaycan hökumətinin iqtisadiyyatla əlaqəli bütün nazirlərinin iştirak etdiyi bu forum çox uğurlu oldu. İqtisadiyyat təkcə Vergilər Nazirliyinin öhdəsində olan bir məsələ deyil, ən azından, burada təmsil olunan dörd nazirliyi yaxından maraqlandıran məsələdir. Ona görə də mən bu iqtisadi yığıncaqda çox lazımlı mesajlar verildiyini və qərarlar alındığını düşünürəm. Ümidvaram ki, islahatlar tez bir zamanda həyata keçəcək, çünki dövlətin iqtisadi qurumları birlikdə hərəkət edirlər. Bu, çox vacibdir.
Biz - iş adamları istəyirik ki, iqtisadiyyatda sabitlik olsun və gələcək illərdə nələrin baş verəcəyini əvvəlcədən bilək. Bu proseslər yavaş-yavaş öz yerini tapır. Şəffaflıq ən öndə gələn məsələlərdəndir ki, artıq təmin olunmaqdadır. Azərbaycanda iqtisadiyyatı 25 ildir izləyən bir iş adamı kimi demək istəyirəm ki, çox böyük işlər görülüb və biz qələbənin astanasındayıq.

Telman Əliyev, "Caspian European Club"un sədr müavini və icraçı direktoru

Bu gün çox gözəl dialoqun şahidi olduq. Açıq, şəffaf bir mühit olduğu üçün bütün tərəflərin maraqlarını və təkliflərini dinləyə bildik. Həm yeniliklərdən danışıldı, həm də problemlər açıqlandı. Etiraf etmək lazımdır ki, 2018-ci ildə vergi sistemində inqilabi dəyişikliklər baş verdi. Bu dəyişikliklərin nəticələrini biz il boyu hiss edəcəyik. İlk olaraq onu qeyd edim ki, dəyişikliklər nəticəsində sahibkarlığın yükü azalır, problemləri həll olunur və nazirlik onlarla dialoqa hazırdır. Əminəm ki, bir neçə ildən sonra biz artıq bu tədbirə problemlərimizdən danışmağa deyil, dost kimi nailiyyətlərimizi bölüşməyə gələcəyik.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?