13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinin uçot məlumatları dürüstləşdirilir

Vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyənləşdirildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə məlumat verməklə uçot məlumatlarının dürüstləşdirilməsi hüququ müəyyən edilib.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin uçota alınması, uçot yerinin dəyişdirilməsi ilə bağlı yenilikləri şərh edib. Bildirib ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin digər təsərrüfat subyekti olduqda həm özünün olduğu yer, həm də digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən vergi orqanına təqdim etdiyi ərizə əsasında uçota alınır: "Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin (vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer) yerləşdiyi ünvan üzrə yenidən uçota alınır".

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?