13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti sahibkarların işini asanlaşdırmaq istiqamətində yeni bir addım atıb

Keçən həftə Dövlət Vergi Xidmətinin portalında yeni “Qüvvədə olan “ASAN imza” ilə yeni sertifikatın alınmasına dair müraciət” bölməsi vergi ödəyicilərinin istifadəsinə verilib.

Dövlət Vergi Xidmətinin portalından mütəmadi olaraq istifadə edən vergi ödəyiciləri üçün sistemə giriş səhifəsindəki yeni “Qüvvədə olan “ASAN imza” ilə yeni sertifikatın alınmasına dair müraciət” bölməsindən istifadə qaydaları ilə bağlı təlimat artıq vergi ödəyicilərinin poçt qutularına göndərilib.

Biznes sertifikatının müddətinin bitməsinə 30 gündən az olmamaq şərti ilə, həmin sertifikatla portalın yeni bölməsinə daxil olaraq yeni sertifikatın alınması üzün anket forması doldurulur və göndərilir. Bundan sonra vergi ödəyicisi sertifikatın müddətinin bitməsini gözləyir və “ASAN imza” təqdim edən provayderinə müraciət edib nömrənin dublikatını alır. Həmin dublikatda artıq yeni sertifikat da mövcud olacaq. Yeni bölmədən oxşar qaydada şəxsi “ASAN imza”ya biznes sertifikatının alınması üçün də istifadə etmək olar.

Maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov yeni bölmənin yaradılmasını vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. O, böyük razılıq hissi ilə bildirib ki, artıq portala daxil olmaq üçün istifadə olunan “ASAN imza” sertifikatının vaxtını uzatmaq və ya yeni biznes sertifikatı almaq üçün “ASAN xidmət” və vergi ödəyicilərinə xidmət mərkəzlərində növbədə durmağa ehtiyac qalmır. Yeni tipli koronavirus pandemiyası şəraitində insanların təmasda olmasını azaltmaq baxımından bu yeniliyin əhəmiyyəti böyükdür və layiqincə qiymətləndirilməlidir.

Fəxriyyə İkramqızı

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?