25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda forum keçirilib

"Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda forum keçirilib

Fevralın 18-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda forum keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri və iş adamlarının iştirak etdikləri tədbirin təşkilində məqsəd ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulmasıdır.

Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı məsələlərə toxunaraq, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsi aparılmasının zəruriliyini vurğulayıb.

Forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) baş katibi Migel Silva Pinto, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi, Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, "McKinsey & Company" şirkətinin partnyoru Daniel Korn və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") prezidenti Nuran Kərimov və digərləri çıxış ediblər.

Forumda çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirərək, dövlət başçısı tərəfindən bu istiqamətdə atılan addımları dəstəklədiklərini bildiriblər.

Forum müzakirələrlə davam edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?