12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Heydər Əliyev: Azərbaycanın iqtisadi yüksəlişinin banisi

Millət vəkili Tahir Mirkişili ulu öndər Heydər Əliyevin milli idarəçilik konsepsiyasında əsas xətlərdən birini təşkil edən müstəqil iqtisadiyyat və iqtisadi inkişaf barədə fikirlərini bölüşüb.

Heydər Əliyev ilk dəfə 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycan iqtisadiyyatı ciddi tənəzzülə uğramışdı. O zaman müttəfiq respublikalar içərisində iqtisadiyyatı ən geridə qalmış ölkələrdən biri də Azərbaycan sayılırdı. 1982-ci ildə isə Azərbaycan iqtisadiyyatı Heydər Əliyevin idarəçiliyi ilə SSRİ-də Rusiyadan sonra özünü təmin edən ikinci ölkə durumuna gəlmişdi. 1960-cı illərin sonunda Azərbaycan iqtisadiyyatının 85 faizini yanacaq sənayesi təşkil etdiyi halda, 80-ci illərin əvvəlində ölkə iqtisadiyyatında elmi tərəqqi məhsullarının istehsalı önə çıxmışdı, elektron hesablama maşınları, kondisioner zavodu fəaliyyət göstərirdi, kənd təsərrüfatı inkişaf etmişdi.

Azərbaycan iqtisadiyyatı həm struktur, həm də həcm cəhətdən xeyli böyümüşdü. Ulu öndərin idarəçiliyi dövründə Azərbaycanda neft sahəsində aparılan geoloji araşdırmalar, kəşfiyyat işləri, eyni zamanda, Dərin Özüllər Zavodunun tikilməsi müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişafında çox mühüm rol oynadı.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ikinci dönəmə baxsaq, 1990-cı illərin əvvəllərində köhnə iqtisadi münasibətlərin tənəzzülü nəticəsində iqtisadiyyatın, demək olar ki, tamamilə dağılması, ümumi daxili məhsulun hər il 20 faizdən çox azalması Azərbaycanı çox çətin bir duruma gətirmişdi. Belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri ilə yenidən qurmaq konsepsiyasını irəli sürdü. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı bütövlükdə inzibati amirlik sistemindən bazar iqtisadiyyatına mühüm bir keçid dövrü yaşadı. Böyük özəlləşdirmə proqramı həyata keçirildi, 1996-cı ildə MDB-də ilk dəfə əhaliyə pay torpaqları verildi. Ulu öndərin neft starategiyası isə Azərbaycanın iqtisadi inkişafını və gələcək müstəqilliyini tam təmin etdi. 1994-cü ildə məhz Heydər Əliyevin siyasi dühası nəticəsində "Əsrin müqaviləsi"nin imzalanması bütövlükdə Azərbaycanın sonrakı taleyini həll etdi.

1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına təqribən 10 milyard dollar investisiya yatırıldı, o dövrdə reallaşacağına heç kimin inanmadığı Bakı-Tiflis-Ceyhan kimi bir layihənin təməli qoyuldu. Qanunvericilik sahəsində çox ciddi addımlar atıldı, yeni qanunlar qəbul edildi. Heydər Əliyevin liderlik keyfiyyəti onda idi ki, gələcəyi görməklə bərabər, gələcəkdə yaranacaq problemlərin həlli üçün əvvəlcədən tədbirlər görürdü. Heydər Əliyev birinci hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyi üçün güclü iqtisadi zəmin yaratmışdı, ikinci hakimiyyəti dövründə də Azərbaycanın müstəqilliyinin gücləndirilməsi, beynəlxalq aləmdə bir dövlət kimi nüfuzunun artması üçün çox mühüm zəmin yaratdı.

Səbuhi TURAN

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?