24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İlk elektrik mühərrikli təyyarə Kanadada havaya qalxıb

İlk elektrik mühərrikli təyyarə Kanadada havaya qalxıb

Keçən ilin sonunda yayılan maraqlı xəbərlərdən biri də ilk elektrik mühərrikli təyyarənin havaya qalxması oldu. "Harbour Air" aviaşirkətinin məlumatında qeyd olunub ki, aviaşirkətin hidrotəyyarə istehsal edən mütəxəssislərinin səyi nəticəsində yanacaqsız uçan təyyarə reallığa çevrilib. Layihənin elektrik mühərrikini "MagniX" şirkəti hazırlayıb.

Səhər saatlarında havaya qalxan "ePlane" Riçmond səmasında ilk uğurlu kommersiya uçuşunu yerinə yetirib: "de Havilland Canada DHC-2 Beaver" markalı 6 yerli təyyarədə 750 at gücünə malik olan "magni500" mühərriki quraşdırılıb. Təyyarəni "Harbour Air" aviaşirkətinin baş direktoru və sahibi Qreq Makduqall idarə edib.

Bildirilir ki, aviaşirkət tezliklə elektrik mühərriki ilə uçan təyyarələrin motor sisteminin sertifikatlaşdırma prosesini həyata keçirməyi planlaşdırır. Mühəndislər mühərrikin gücünün artırılması üzrə yeni uğurlar əldə olunduğunu, lakin batareya sisteminin təkmil olmadığını qeyd edirlər. Bu səbəbdən təyyarə 160 kilometrdən uzağa uça bilmir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?