25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotuna alınması

Bu xidmət qeyri-kommersiya hüquqi şəxsin vergi uçota alınmasını əhatə edir. Xidmət nəticəsində qeyri-kommersiya hüquqi şəxs vergi uçotuna alınaraq ona Şəhadətnamə verilir. Şəhadətnamə elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir

Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri ərizə, təsisçi fiziki şəxs olduqda - təsisçi-fiziki şəxslər barədə məlumat, təsisçi hüquqi şəxs olduqda - təsisçi-hüquqi şəxslər barədə məlumat, dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnamənin (və ya əsasnamənin) notariat qaydasında təsdiq edilmiş surəti, rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədin surəti, hüquqi şəxsin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti, olduğu yer (ünvanı) haqqında məlumat, ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi, etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda) ilə birgə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Milli Gəlirlər Baş İdarəsi (yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələrinə müraciət edə bilərlər.

Ödəyici hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında qanunlarda nəzərdə tutulmuş və VM-dən fərqli olan müddəalar ilə tənzimlənən vergi ödəyicisi, xarici ölkələrin səfirlikləri və onlara bərabər tutulan diplomatik nümayəndəliklər olduqda “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat”, yenidən təşkil nəticəsində yaradılan qeyri-kommersiya hüquqi şəxs olduqda isə “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” da təqdim etməlidir.

Əlaqə üçün:
https://www.taxes.gov.az/az/page/elaqe
https://www.taxes.gov.az/az/page/vs2023

Oxşar xəbərlər

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?