29 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu?

İşçi hərbi xidmətə çağırılıb. Əmək Məcəlləsinin 74-cü maddəsi ilə əmək müqaviləsinə xitam verilib və 77-ci maddəyə əsasən, orta aylıq əməkhaqqının 3 misli miqdarında müavinət ödənilib. Həmin müavinət icbari tibbi sığorta, işsizlikdən sığorta, məcburi dövlət sosial sığortası və gəlir vergisinə cəlb edilirmi? Məsələn, işçinin əmək müqaviləsinə yuxarıdakı şərtlərlə 30.08.2026-cı il tarixində xitam verilib. Həmin ay üzrə işçinin əməkhaqqı 400 manat, 3 aylıq müavinəti isə 1.200 manat olub. Bu halda hansı məbləğ vergi və sosial ödənişlərə cəlb edilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işçi işlədiyi dövrdə müddətli hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilməsi məsələsi Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndi və 74-cü maddəsinin “a” bəndi ilə tənzimlənir. Həmin maddəyə əsasən, işçinin hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işəgötürən tərəfindən ona orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.

Vergi Məcəlləsinin 102.1.14.16-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.

Eyni zamanda, "İşsizlikdən sığorta haqqında" Qanunun 9-cu maddəsinə və "Tibbi sığorta haqqında" Qanunun 15-10-cu maddəsinə əsasən, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı işçinin əməkhaqqından hesablanır. Qeyd olunan müavinət Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əməkhaqqının tərkibinə daxil olmadığından, icbari tibbi sığorta və işsizlikdən sığorta üzrə sığorta haqlarına cəlb olunmur.

Bununla yanaşı, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, qeyd olunan müavinət üzrə azadolma nəzərdə tutulmayıb.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar

VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi?