14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri

Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri

Azərbaycanda qeydiyyatdan keçən müxtəlif şirkətlər xarici ölkələr arasında daşıma xidmətləri təqdim edirlər. Bu zaman onların müəyyən vergi öhdəlikləri yaranır. Bəzi hallarda isə həmin şirkətlərin göstərdiyi xidmət beynəlxalq daşıma hesab olunmur. Bəs bu halda həmin xidmətlər vergiyə cəlb olunurmu? 

Mövzunu “vergiler.az”a “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elxan Babayev şərh edir.

Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə əsasən, beynəlxalq daşıma dedikdə, yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat vasitəsilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (və ya təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (və ya göndərilmə) məntəqəsi arasında daşınması başa düşülür.

Bu tərifə əsasən, əgər daşımanın həm başlanğıc, həm də təyinat nöqtələri xarici dövlətlərdə yerləşirsə, bu halda həmin daşıma beynəlxalq daşıma sayılmır.

Misal: “AA” MMC 2025-ci ilin yanvar ayında Türkiyənin İstanbul şəhərindən Gürcüstanın Tiflis şəhərinə malların daşınması üçün Rusiyada yerləşən “X” şirkətinə 70.000 rus rublu məbləğində ödəniş edib. Bu halda “AA” MMC həmin daşıma xidmətinə görə Rusiyada yerləşən şirkətə ödəniş zamanı ödəmə mənbəyində vergi tutmalıdırmı?

Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təyinat və göndərilmə məntəqələri arasında, eyni zamanda Azərbaycan ərazisindən tranzit qaydada həyata keçirilən daşımalarla bağlı rezident müəssisə və ya sahibkar tərəfindən edilən ödənişlər ödəmə mənbəyində vergi tutulan obyekt hesab edilmir. Bu hüquqi baza əsasında belə nəticə çıxır ki, Rusiya şirkətinə ödənilən 70.000 rubl məbləğinə ödəmə mənbəyində vergi tətbiq edilmir. Yəni, bu halda “AA” MMC-nin vergi öhdəliyi yaranmır.

Nəticə olaraq qeyd edək ki, əgər daşıma beynəlxalq daşıma tərifinə uyğun gəlmirsə və daşımanın həm başlanğıc, həm də bitmə nöqtəsi xarici ölkələrdə yerləşirsə, Azərbaycan Respublikasının rezidentləri tərəfindən göstərilən daşıma xidmətlərinə görə edilən ödənişlər ödəmə mənbəyində vergitutulma obyektinə daxil edilmir. Bu, təcrübədə biznes subyektləri üçün mühüm vergi güzəşti hesab oluna bilər.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?