14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergitutma obyekti necə müəyyən edilir?

Vergitutma obyekti necə müəyyən edilir?

Mövzunu “vergiler.az”a “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə layihə rəhbəri Mircəfər Rzayev şərh edir. 

Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.

Misal: “AA” MMC sadələşdirilmiş verginin ödəyicisidir, Bakı şəhərində ictimai iaşə fəaliyyəti ilə məşğuldur. Şirkətin 2025-ci ilin 1-ci rübü üzrə satışları aşağıdakı kimi olub:

• yanvar ayı – 6.000 manat;
• fevral ayı – 4.000 manat;
• mart ayı – 8.000 manat.

Rüb üzrə satışların cəmi: 18.000 manat təşkil edib.

Qeyd olunan rüb üzrə müştərilər tərəfindən cəmi 15.000 manat ödəniş daxil olub. Vergi Məcəlləsinin 219.1-ci maddəsində əldə edilmiş ümumi hasilat deyildiyinə görə, sadələşdirilmiş vergi məbləği 300 manat təşkil edəcək:

15.000 x 2% = 300 manat.

Yerdə qalan 3.000 manat məbləğ “AA” MMC-yə müştərilər tərəfindən ödənildiyi rübdə vergiyə cəlb olunacaq.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?