25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Gəlirdən çıxılmayan məbləğlərin sırasına aid olan cərimələr

Gəlirdən çıxılmayan məbləğlərin sırasına aid olan cərimələr

Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələr üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla) sahibkarların xərclərinə aiddir. Bəs həmin xərclər gəlirdən çıxıla bilərmi?

“Business Service Center” MMC  şirkətinin maliyyə və mühasibat işləri üzrə  mütəxəssisi Ramil Teymurov “vergiler.az”a şərh edir:

Gəlirdən çıxılmasına yol verilməyən məbləğ dedikdə, ilk ağıla gələn məsələ vergi hesabatının (bəyannamənin) vaxtında təqdim olunmamasına görə tətbiq edilən 40 manat həcmində maliyyə saksiyasıdır. Bundan əlavə, gecikdirilmiş hər günə görə hesablanmış peniya da (hər gün üçün 0,1 %) gəlirdən çıxılmasına yol verilməyən məbləğlərə aiddir.

Misal 1: “AA” MMC ƏDV ödəyicisidir və hər aya görə növbəti ayın 20-dək (bayram və qeyri-iş günləri son tarix dəyişə bilər) hesabatı verməlidir. Əgər dövlət büdcəsinə vergi öhdəliyi yaranıbsa, onu da ödəməlidir. Lakin hesabat vaxtında təqdim edilməyib, buna görə də Dövlət Vergi Xidməti tərəfindən 40 manat cərimələnib. Bu məbləğ gəlirdən çıxılmayan vergilərə aid edilir.

Misal 2: “BB” MMC vergi hesabatında qeyd olunan məbləği vaxtında dövlət büdcəsinə ödəmədiyi üçün ona 50 manat peniya hesablanıb. Bu zaman qeyd olunan 50 manat gəlirdən çıxılmayan cərimələrə aid olacaq.

Bundan əlavə, Vergi Məcəlləsinin 119-cu maddəsində qeyd edildiyi kimi, başqa bir şəxsə vurulan ziyana görə ödənilən cərimə məbləği də gəlirdən çıxılmayan cərimələr sırasına aiddir.

Misal 3: “AA” MMC “BB” MMC-yə xidmət göstərərkən onun əmlakına ziyan vurur. Bu zaman “BB” MMC dəymiş ziyanı aradan qaldırmaq üçün “AA” MMC-ni xəbərdar edib. Lakin “AA” MMC bu tələbi yerinə yetirmədiyi üçün “BB” MMC tərəfindən məhkəməyə verib. Məhkəmənin qərarına əsasən, “AA” MMC 5.000 manat cərimə ödəməlidir. Bu cərimə məbləği gəlirdən çıxılmayan xərclərə aiddir.

Ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz nümunəyə təcrübədə tez-tez rast gəlinir. Bir çox şirkət müştəriləri tərəfindən məhkəmələrə verilir və cəza olaraq da müəyyən məbləğdə cərimə olunurlar. Bu cərimə məbləğləri, qeyd etdiyimiz kimi, gəlirdən çıxılmır. Gəlirdən çıxılmayan xərclər mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində, 235-ci sətirdə “Ümumi gəlirdən çıxılmayan xərclər” hissəsində qeyd olunur. Bundan başqa, Əlavə 1-də hesabat dövrünün xalis mənfəəti hissəsində “silinmişdir” hissəsinə yazılmalıdır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?