5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İdxalda ödənilən ƏDV-nin əvəzləşdirilməsi qaydası

Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən, gömrük orqanları tərəfindən verilmiş idxalda əlavə dəyər vergisinin (ƏDV) ödənildiyini göstərən idxal sənədləri, ödənişin formasından asılı olmayaraq, bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Vergi ödəyicisi tərəfindən idxalda ödənilən ƏDV-nin əvəzləşdirilməsi qaydasını “Business Service Center” MMC şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Elşad Əhmədli ”vergiler.az”a şərh edib.

ƏDV ödəyicisi olma şərti

Qanunvericiliyin tələbinə görə, ƏDV ödəyicisi olan şəxs idxalda ödənilən ƏDV-ni əvəzləşdirə bilər. Yəni, vergi ödəyicisi fəaliyyətində ƏDV-ni həm ödəyir, həm də dövrün sonunda bəyannamə təqdim edərək əvəzləşdirmə həyata keçirə bilər. Lakin bu zaman hesabat təqdim edilən ay ərzində yük gömrük bəyannaməsinin yazılmasına və malın çıxışının təmin olunmasına diqqət etmək lazımdır.

İdxalda ödənilən ƏDV-nin əvəzləşdirilməsi

İdxal zamanı əvəzləşdirilmə tarixi idxal tarixi hesab edilir. İdxal tarixi Vergi Məcəlləsinin 170-ci maddəsi ilə müəyyən edilir. Gömrük qanunvericiliyinə uyğun olaraq, mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.
İdxal edilən mallar və ya xidmətlər vergi ödəyicisinin fəaliyyət sahəsinə uyğun istifadə olunmalıdır. Əgər mallar şəxsi istifadə və ya başqa məqsədlər üçün idxal edilirsə, o zaman bu malların ƏDV-si əvəzləşdirilə bilməz.

İdxaldan ödənilən ƏDV-nin əvəzləşdirilməsi üçün vergi ödəyicisi idxal bəyannaməsinin məlumatlarını ƏDV bəyannaməsinin Əlavə 1-də təqdim etməlidir.

Misal 1: ƏDV qeydiyyatında olan “AA” MMC 2025-ci ilin yanvar ayında ƏDV-li satış məqsədilə malları idxal edən zaman gömrük orqanlarına 7.200 manat ƏDV məbləği ödəyib. Müəssisə həmin məbləği hansı ayda əvəzləşdirə bilər?

Əvəzləşdirmə qaydasına əsasən, MMC 2025-ci ilin fevral ayının 20-dək 2025-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsini təqdim etməlidir. Bundan sonra həmin bəyannamə üzrə ödənilən 7.200 manat ƏDV məbləğini əvəzləşdirə bilər.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?