28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı hallarda işəgötürən və işçi arasında yazışmalar ƏMAS vasitəsilə həyata keçirilə bilər?

Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Əmək Məcəlləsinin 10-a yaxın maddəsinə ərizə və ya xəbərdarlıq formaları ilə baglı "kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə" sözləri əlavə edilib. Dəyişikliklərə qədər işəgötürən və işçi arasında yazışmalar kağız daşıyıcıda aparılsa da, son dəyişikliklərdən sonra bu prosesin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi mümkün olub. Bunun üçün ƏMAS altsistemində “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsi yaradılıb. Həm işçi, həm də işəgötürən tərəfindən məlumatların elektron formada yazışmaları həmin bölmə vasitəsilə baş tutacaq.

Qeyd edək ki, işçi və ya işəgötürənin kağız daşıyıcıda müraciət etməsi də mümkündür. Bu halda da kağız daşıyıcıda həyata keçirilən müraciətlərin hüquqi qüvvəsi olacaq. Çünki Əmək Məcəlləsinin müvafiq maddələrində edilən dəyişikliklərdə "kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə" ifadəsi yer alıb.

Bəs yazışmalar hansı hallarda kağız daşıyıcıda və ya ƏMAS vasitəsilə həyata keçirilə bilər? Əmək Məcəlləsində işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda xəbərdarlığın (maddə 77) və intizam tənbehinin veriməsinin (maddə 186) elektron daşıyıcıda təqdim olunması ilə bağlı hər hansı dəyişiklik aparılmayıb.

Əmək Məcəlləsində edilmiş son dəyişikliklər nəticəsində yazışmaların kağız və ya elektron daşıyıcıda aparılmasını nəzərdə tutan maddələrlə bağlı cədvəli təqdim edirik:

N

Əmәk Mәcәllәsinin müvafiq maddәsi

Müddәt

Mәlumatın forması

1

Sınaq müddәti zamanı xitamın rәsmilәşdirilmәsi (Maddә 53)

3 gün әvvәl

Xәbәrdarlıq

2

Əmәk şәraitinin şәrtlәrinin dәyişdirilmәsi (Maddә 56)

Azı 1 ay әvvәl

Xәbәrdarlıq

3

Əmәk müqavilәsinә işçi tәrәfindәn xitam verilmәsi (Maddә 69.1)

Azı 1 ay әvvәl

Ərizә

4

İşçi tәrәfindәn sәbәb göstәrmәklә әmәk müqavilәsinә xitam verilməsi

(Maddә 69.3)

Müddәt müәyyәnlәş mәyib

Ərizә

5

İşçi vəzifəsindən azad olunduqda işәgötürәn tәrәfindәn hәmin vәzifәyә

(peşәyә) yeni işçinin götürülmәsi barәdә (Maddә 69.4)

Müddәt müәyyәnlәş mәyib

Xәbәrdarlıq

6

İşçinin öz әrizәsini etibarsız etmәsi haqqında (Maddә 69.6)

Mәzuniyyәt müddәti bitәnәdәk

Ərizә

7

Müddәtli әmәk müqavilәsi bitdiyi zaman uzadılmama haqqında (hәm işәgötürәn, hәm işçi tәrәfindәn) (Maddә 73)

Müddәtli әmәk müqavilәsinin müddәtinin

bitmәsinә azı bir hәftә qalmış

Xәbәrdarlıq

8

İşlərin vә ya göstәrilәn xidmәtlәrin hәcminin azalması ilә әlaqәdar

müәyyәn dövr keçdikdәn sonra işçi ilә yenidәn әmәk müqavilәsi bağlanacağı şәrti üzrә öhdәlik (Maddә 75)

Müddәt müәyyәn edilmәyib

Öhdәlik

9

Bütün növ mәzuniyyәtlәrin verilmәsi üçün işçinin müraciәti (Maddә 138)

Müddәt müәyyәn edilmәyib

Ərizә

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları