25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları

İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları

Əmək Məcəlləsinin 64-cü maddəsinin tələbinə əsasən, iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenanın vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnika və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyası keçirməlidir. Bu məqsədlə yerli həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

Qanunvericiliyin bu tələblərini “vergiler.az”a insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edir:

İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı tənzimlənir.

İş yerlərinin attestasiyası ilə bağlı vacib məqamlar aşağıdakılardan ibarətdir:

- müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçirilməlidir;

- attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmamaqla, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq, müəssisənin özü tərəfindən müəyyən edilir;

- müəssisənin attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə rəsmiləşdirilir;

- attestasiyanın keçirilməsinin nəticələrinə əsasən işgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.

23 iyun 2023-cü il tarixdə Əmək Məcəlləsində edilmiş dəyişikliyə əsasən, iş yerlərinin attestasiyasının keçirilməsi və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surəti 10 iş günü müddətində məlumat üçün Dövlət Əmək Müfəttişliyinə təqdim olunmalıdır.

Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində iş yerində mövcud olan bütün təhlükəli və zərərli istehsalat amilləri, əməyin ağırlığı və gərginliyi qiymətləndirilərək müəyyən edilir. İş yerlərinin təhlükəlilik və zərərlilik üzrə qiymətləndirilməsindən sonra həmin iş yerlərində çalışan işçilərə əmək şəraitinə görə nəzərdə tutulan əlavə güzəştlərin təyin edilməsi məqsədəuyğun hesab olunur.

İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə - 700 manatdan 1.200 manatadək məbləğdə cərimə tətbiq edilir.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 27 sentyabr 2019-cu il taxili 423 nömrəli Qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb. Həmin fond işəgötürənlər tərəfindən iş yerlərinin attestasiyasının keçirilməsinin uçot sistemini yaradacaq. Gələcəkdə iş yerlərinin attestasiyasını keçirməyən işəgötürənlər üçün inzibati cərimələrin tətbiqi də gözlənilir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?