Afrika ölkələrindən Azərbaycana səfər edənlərin sayı artır
Bu ilin yanvar-sentyabr aylarında Afrika ölkələrindən Azərbaycana 16,6 mindən çox vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin sentyabr ayında qeyd edilən regiondan gələnlərin sayı 2,4 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin sentyabr ayına nisbətdə 12,1 faiz, cari ilin əvvəlinə nisbətdə isə 52,6 faiz çoxdur.
