4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xeyriyyə fondlarına ianənin vergiyə cəlb olunan mənfəətdən azaldılması qaydası

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də xeyriyyə fondlarına ianə edilmiş vəsaitlərin müəssisənin gəlirindən çıxılması, daha doğrusu, vergiyə cəlb olunan mənfəətdən azaldılması ilə bağlıdır. İqtisadçı ekspert Mahmud Abasquliyev bununla bağlı “vergiler.az”ın suallarına aydınlıq gətirir. 
 

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, dövlətin adından yaradılmış publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə – 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə vergidən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Dövlət başçısının sərəncamı ilə xeyriyyə fondlarının adları açıqlanıb: Heydər Əliyev Fondu; Qarabağ Dirçəliş Fondu; YAŞAT Fondu.

Müəssisələr bu fondlara cari il ərzində köçürmə etdikləri zaman mənfəətdən 10% azalma verilir. Bundan sonra köçürülən məbləğlə 10% hissə arasında ən kiçik olan məbləğ nəzərə alınmaqla yerdə qalan məbləği mənfəət vergisinə cəlb edilir.

Misal 1: "BX" şirkəti 2023-cü il ərzində Qarabağ Dirçəliş Fonduna 50.000 manat məbləğində vəsait köçürüb. Cari ildə şirkətin ümumi vergiyə cəlb olunan gəliri 300.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərci isə 170.000 manat təşkil edib. Bu halda, vergiyə cəlb olunan mənfəət 130.000 manatdır:

300.000 – 170.000 = 130.000 manat.

Fonda köçürülməni nəzərə alsaq, o zaman məbləğ 13.000 manat olacaq:

130.000 x 10% = 130.00 manat.

Burada 10% hissə köçürülən məbləğdən kiçik olduğu üçün əsas götürüləcək. Beləliklə, mənfəət vergisinə cəlb edilən məbləğ 23.400 manat olacaq:

130.000 – 13.000 = 117.000 manat;

117.000 x 20% = 23.400 manat.

Misal 2: “AA" şirkəti 2023-cü il ərzində YAŞAT Fonduna 50.000 manat məbləğində vəsait köçürüb. Cari ildə şirkətin ümumi vergiyə cəlb olunan gəliri 700.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərci isə 190.000 manat olub. Bu halda, vergiyə cəlb olunan mənfəət 510.000 manat təşkil edir:

700.000 -190.000 = 510000 manat.

Fonda köçürülməni nəzərə alsaq, o zaman məbləğ 51.000 manat olacaq:

510.000 x 10% = 51.000 manat.

Burada 10% hissə köçürülən məbləğdən böyük olduğu üçün faktiki köçürülən məbləğ nəzərə alınacaq.

Beləliklə, mənfəət vergisinə cəlb olunan rəqəm 92000 manat təşkil edəcək:

510.000 – 50.000 = 460.000 manat;

460.000 x 20% = 92.000 manat.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması