14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qaimə-fakturanın gec göndərilməsi hansı problemlər yarada bilər?

Qanunvericiliklə elektron qaimə-fakturanın hər bir növü üzrə konkret təqdim edilmə vaxtı müəyyən edilib. Ancaq bəzən vergi ödəyiciləri müxtəlif səbəblərdən bu qrafikdən kənara çıxırlar. Belə hallarda ortaya çıxan problemlərlə bağlı “vergiler.az”ın suallarına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi ödəyicisi 12 may 2022-ci ildə 5.000 manatlıq malları ekspeditor vasitəsilə qarşı tərəfə - pərakəndə ticarət fəaliyyəti ilə məşğil olan sahibkara təqdim edib. Bu zaman qanunvericiliyin hansı şərtləri nəzərə alınmalıdır?

Birinci hal: 13 may 2022-ci il tarixdə vergi orqanının əməkdaşları sahibkarın obyektində operativ vergi nəzarəti həyata keçirir. Nəzarət tədbirləri zamanı məlum olur ki, əvvəlcədən sifariş edilmədən təqdim edilən malların alışını təsdiq edən “Malların təhvil-qəbul aktı” yoxdur. Bu halda Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə uyğun olaraq, bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan malların alışını və ya mədaxilini təsdiq edən sənədlər olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

İkinci hal: 14 may 2022-ci il tarixdə vergi orqanının əməkdaşları sahibkarın obyektində operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Sahibkar 12 may 2022-ci il tarixdə əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üçün “Malların təhvil-qəbul aktı”nı vergi orqanının əməkdaşına təqdim edir. Bu halda vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilmir.

Üçüncü hal: Vergi orqanının nümayəndələri 20 may 2022-ci il tarixdə sahibkarın obyektində operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Yoxlama zamanı məlum olur ki, 12 may 2022-ci il tarixdə malların alışını təsdiq edən “Malların təhvil-qəbul aktı” olsa da, elektron qaimə-faktura təqdim edilməyib.

Vergi Məcəlləsinin tələblərinə əsasən, mallar əvvəlcədən sifariş edilmədikdə malları təqdim edən vergi ödəyici 5 gün müddətində elektron qaimə-faktura göndərməlidir. Bu zaman Məcəllənin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol Yerdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Dördüncü hal: Vergi ödəyicisi 21 may 2022-ci il tarixdə mallar göndərilən (verilən) vaxt elektron qaimə-faktura təqdim etməyib. Operativ vergi nəzarəti zamanı məlum olur ki, vergi ödəyicisinin sahibliyində olan eyni şirkətin 5.000 manatlıq məhsulunun elektron qaimə-fakturası yoxdur. Bu zaman malların satışını həyata keçirən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə uyğun olaraq, malları alışını və ya mədaxilini təsdiq edən sənəd kimi vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura olmadığına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malları dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəf, yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə, malları təqdim edən vergi ödəyicisinə, Məcəllənin 58.13-cü maddəsinə əsasən, təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bəs vergi ödəyicisi elektron qaimə-fakturanı gec göndərdikdə vergi nəzarətləri zamanı maliyyə sanksiyası necə hesablanır?

1 yanvar 2022-ci ildən Vergi Məcələsinə maliyyə sanksiyaları ilə bağlı yeni maddə əlavə edilib. Əlavə edilən 58.17-ci maddəyə əsasən, bu Məcəllənin 58.8.2-ci, 58.13-cü, 58.13-1-ci maddələrində və 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir. İlk olaraq maddədə göstərilən digər maddələrin açıqlamasını təqdim edək:

- malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərin olmaması (Maddə 58.6.2.):

- Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə qalların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların sərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi içün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən yerilməsi (Maddə 58.13);

- Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-faktura tərtib edilmədən malların bir təsərrüfat subyektindən obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi (Maddə 48.13-0).

Misal 1: Vergi orqanı vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisinin sahibliyində mədaxil sənədləri olmayan 20.000 manatlıq mal müəyyən edib. Vergi orqanı tərəfindən həmin malların olmaması halı rəsmiləşdirilərkən vergi ödəyicisi bildirir ki, qarşı tərəf artıq elektron qaimə-fakturanı göndərib. Yəni alğı-satqı müqaviləsi üzrə elektron qaimə-faktura malların verilməsindən sonra təqdim edilib.

Qeyd edək ki, Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən, mallar göndərilən (verilən) vaxt elektron qaimə-faktura təqdim edilməlidir. Yeni təsdiq olunan dəyişikliyə əsasən, vergi nəzarəti tədbiri başlandıqdan sonra elektron qaimə-faktura təqdim (tərtib) edildiyi halda həmin sənəd nəzərə alınmayacaq. Bu səbəbdən də vergi orqanı tərəfindən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərin olmamasına görə alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi – 2.000 manat (20.000 x 10%= 2.000 manat), ikinci dəfə yol verdikdə 20 faizi – 4.000 manat (20.000 x 20% = 4.000 manat), üç və daha çox dəfə yol verdikdə 40 faizi – 8.000 manat (20.000 x 40% = 8.000 manat) miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Vergi orqanı həyata keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində 18.000 manatlıq əvvəlcədən sifariş edilməyən malların təhvil alınması ilə bağlı “Malların təhvil-qəbul aktı” tərtib olunmadığını müəyyən edib. Vergi ödəyicisinin sahibliyində olan mallar üzrə elekton qaimə-fakturanın olmadığı müəyyən edilsə də, həmin malların əldə edilməsi yoxlama nəzarəti tədbirləri həyata keçirildiyi vaxtdan 3 gün öncə rəsmi sənədlərdə qeyd edilib. Bu səbəbdən də, Vergi Məcəlləsinin 58.17-ci maddəsinə qeyd edildiyi kimi, vergi ödəyicisi həmin sənəd üçün Vergi Məcəlləsinin 71-1-ci maddəsində göstərilən müddətləri nəzərə almalıdır. Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsinə əsasən, əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura göndərilməlidir. Bu səbəbdən də vergi orqanı əvvəlcədən sifariş edilməyən malların təhvil alınması ilə bağlı “Malların təhvil-qəbul aktı”nın 3 gün öncədən mədaxil olunmasını nəzərə alaraq elektron qaimə-fakturanın olmadığına görə maliyyə sanksiyası tərtib edə bilməz.

Misal 3: Vergi ödəyicisi 40.000 manat dəyərində malları, Vergi Məcəlləsinin tələblərinə əsasən, mədaxil sənədləri ilə əldə edib. Yoxlama zamanı məlum olur ki, həmin malların 28.000 manatlıq hissəsi vergi ödəyicisinin sahibliyində olsa da, 12.000 manatlıq hissəsinin təqdim edilməsi rəsmiləşdirilməyib. Vergi ödəyicisi yoxlama tədbirləri başlandıqdan sonra hər hansı vergi ödəyicisinə 12.000 manatlıq elektron qaimə-faktura göndərsə də, vergi orqanı həmin sənədləri qəbul etməyərək Vergi Məcəlləsinin 58.13-cü maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edəcək.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?