17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İş heyvanlarının amortizasiyasının vergi və mühasibat uçotunda yeri

Vergi Məcəlləsinin 114.3.4-cü maddəsində iş heyvanları üzrə illik amortizasiya norması 20% müəyyən edilib. İş heyvanlarının amortizasiyasının vergi və mühasibat uçotunda necə əks olunması ilə bağlı “vergiler.az”ın suallarına sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Mühasibat uçotunun 41 saylı beynəlxalq standartına əsasən, bitki və canlı heyvanlar bioloji aktivlər sayılır. Başqa sözlə, yaşından və ya hansı təyinatla istifadə edilməsindən asılı olmayaraq, hər bir heyvan bioloji aktiv kimi tanınır.

Bundan əlavə, mühasibat uçotunun 41 saylı beynəlxalq standartına əsasən, amortizasiya məsələlərində mühasibat uçotunun 16 saylı beynəlxalq standartındakı (torpaq, tikili və avadanlıqlar) tələblər əsas götürülür.

Deməli, amortizasiyanı mühasibat uçotunun 41 və 16 saylı beynəlxalq standartlarını və Vergi Məcəlləsinin 114.3.4.-cü maddəsini əsas götürərək hesablamaq lazımdır.

Misal: “AA” MMC-nin balansında 10.000 manatlıq iş heyvanları vardır. Bu halda illik amortizasiya 2.000 manat hesablanır: 10.000 x 20% = 2.000 manat.

Bəs bunlar maliyyə və vergi uçotunda, bəyannamələrdə necə əks oluncaq?

Mühasibat uçotunda ilkin dəyər 131.2-ci hesabın debetində, hesablanmış amortizasiya 132.2-ci hesabın kreditində, 8.000 manat qalıq dəyər (10.000-2.000 = 8.000) isə maliyyə vəziyyəti haqqında hesabatda uçota alınacaq. Yəni bioloji aktivlərin qalıq dəyəri maliyyə hesabatlarında torpaq, tikili və avadanlıqlar ilə birlikdə uçota alınmır, ayrıca hesablarda uçota alınır.

İllik mənfəət vergisi bəyannaməsində 8.000 manat həcmində qalıq dəyəri əsas vəsaitlər kimi uçota almaq lazımdır. Yəni iş heyvanları vergi uçotuna ilkin daxil edilərkən əsas vəsaitlər kimi nəzərə alınır, müvafiq qaydada amortizasiya hesablanır və mənfəət vergisi bəyannaməsində əlavə 1-in 1.1.4.-cü sətrində yazılır.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?