26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xeyriyyə məqsədi daşıyan xərclər gəlirdən çıxılırmı?

Xeyriyyə məqsədi daşıyan xərclər gəlirdən çıxılırmı?

Bir çox vergi ödəyiciləri müxtəlif xeyriyyə fəaliyyətlərinə qoşulur və müəyyən xeyriyyə aksiyalarına maddi dəstək göstərirlər. Maraqlıdır, xeyriyyə məqsədilə ödənilən vəsaitin xərc kimi gəlirdən çıxılmasına icazə verilirmi? “vergiler.az”ın sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına qadağa qoyulub.

Misal: “BB” MMC xeyriyyə məqsədilə daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası ilə məşğul olan fonda 30.000 manat ödəniş etməyə qərar verir. Vergi qanunvericiliyi vergi ödəyicisinin bu xeyriyyə fəaliyyəti üzrə xərclədiyi məbləğin gəlirdən çıxılan xərclərə aid edilməsinə yol vermir.

Vergi Məcəlləsindəki bu qadağa sui-istifadə hallarının qarşısı almaq məqsədi daşıyır. Xeyriyyə fəaliyyəti ilə bağlı xərcləmələrə verilən təşviq vergidən yayınma üçün sxemlər yaratmağa yol açmamalıdır.
İdman və mədəniyyət fəaliyyətləri ilə bağlı Vergi Məcəlləsində qüvvədə olan güzəştlər xeyriyyə məqsədlərinə də şamil edilir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?