26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Səhmdar cəmiyyətlərində kənar auditin aparılması

Səhmdar cəmiyyətlərində kənar auditin aparılması

Qanunvericiliyə əsasən, təşkilatı formasından, işçilərin sayından, dövriyyəsindən, açıq və ya qapalı olmasından asılı olmayaq istənilən səhmdar cəmiyyəti müstəqil auditdən keçməlidir. Mövzunu “vergiler.az”a sərbəst auditor Altay Cəfərov şərh edir.

Mülki Məcəllənin tələblərinə görə, səhmdar cəmiyyətləri “qapalı” və ya “açıq” formalaşdırılır və qeydiyyata alınır.

Məcəllənin 107.6-cı maddəsində səhmdar cəmiyyətlərində kənar auditin keçirilməsi tələbləri əks olunub. Həmin maddəyə əsasən, bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı 10 faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı vaxtaşırı keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası isə qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Buradan aydın olur ki, istənilən səhmdar cəmiyyəti Mülki Məcəllənin 99-cu maddəsində qeyd edilmiş sənədləri dərc edən zaman məcburi qaydada kənar (müstəqil) auditdən keçməlidir.
Bundan əlavə, Məcəllənin 100.3-cü maddəsində göstərilib ki, qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur.

Bəs Mülki Məcəllənin 99-cu maddəsində hansı sənədlər qeyd edilib?

Məcəllənin 99.2-ci maddəsində göstərilib ki, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur:

  • hesabat dövrü üzrə maliyyə göstəriciləri;

  • aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər;

  • cəlb edilmiş maliyyə vəsaitləri;

  • idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri;

  • idarəetmə strukturu;

  • inkişaf siyasəti;

  • səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;

  • idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər;

  • investisiyaların həcmi və mənbəyi;

  • cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi;

  • ictimai layihələr.

Maddədə açıq səhmdar cəmiyyətləri üçün müəyyən istisnalar da verilib. Belə ki, mikro və kiçik sahibkarlıq subyektləri maliyyə hesabatlarını dərc etməyə borclu deyildir və həmçinin mikro, kiçik sahibkar olan açıq səhmdar cəmiyyətlərinin məcburi auditdən keçmək öhdəliyi yoxdur.

Deyilənlərə əsasən, ümumi şəkildə aşağıdakı nəticəyə gəlmək olar:

  • bütün səhmdar cəmiyyətləri qapalı və ya açıq olmasından asılı olmayaq illik maliyyə hesabatlarını dərc etməli və kənar (müstəqil) auditdən keçməlidir;

  • mikro və kiçik təsərrüfat subyektləri olan açıq səhmdar cəmiyyətlərinin maliyyə hesabatlarını dərc etməyə və məcburi auditdən keçmək öhdəliyi yoxdur;

  • mikro və kiçik sahibkarlıq sübyeklərində auditdən keçməmək güzəşti ancaq açıq səhmdar cəmiyyətlərinə aiddir.

Sonda onu da vurğulamağı zəruri hesab edirəm ki, digər normativ aktlara əsasən, hətta kiçik açıq səhmdar cəmiyyətlərinin də məcburi auditdən keçmək öhdəliyi yarana bilər. Bu, xüsusi hallarda olur.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?