Səhmdar cəmiyyətlərində kənar auditin aparılması

2022.08.30 10:12 (UTC+04:00)

Mülki Məcəllənin tələblərinə görə, səhmdar cəmiyyətləri “qapalı” və ya “açıq” formalaşdırılır və qeydiyyata alınır.

Məcəllənin 107.6-cı maddəsində səhmdar cəmiyyətlərində kənar auditin keçirilməsi tələbləri əks olunub. Həmin maddəyə əsasən, bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı 10 faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı vaxtaşırı keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası isə qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Buradan aydın olur ki, istənilən səhmdar cəmiyyəti Mülki Məcəllənin 99-cu maddəsində qeyd edilmiş sənədləri dərc edən zaman məcburi qaydada kənar (müstəqil) auditdən keçməlidir.
Bundan əlavə, Məcəllənin 100.3-cü maddəsində göstərilib ki, qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur.

Bəs Mülki Məcəllənin 99-cu maddəsində hansı sənədlər qeyd edilib?

Məcəllənin 99.2-ci maddəsində göstərilib ki, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur:

Maddədə açıq səhmdar cəmiyyətləri üçün müəyyən istisnalar da verilib. Belə ki, mikro və kiçik sahibkarlıq subyektləri maliyyə hesabatlarını dərc etməyə borclu deyildir və həmçinin mikro, kiçik sahibkar olan açıq səhmdar cəmiyyətlərinin məcburi auditdən keçmək öhdəliyi yoxdur.

Deyilənlərə əsasən, ümumi şəkildə aşağıdakı nəticəyə gəlmək olar:

Sonda onu da vurğulamağı zəruri hesab edirəm ki, digər normativ aktlara əsasən, hətta kiçik açıq səhmdar cəmiyyətlərinin də məcburi auditdən keçmək öhdəliyi yarana bilər. Bu, xüsusi hallarda olur.