26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödəyicisinin təsərrüfat subyekti hesab edilməyən mülkü vergi uçotuna alınmalıdırmı?

Vergi ödəyicisinin təsərrüfat subyekti hesab edilməyən mülkü vergi uçotuna alınmalıdırmı?

Bəzən müəssisə mülkiyyətində olan villa kimi çoxmərtəbəli yaşayış sahəsindən və ya torpaq sahəsindən öz sahibkarlıq fəaliyyətinin məqsədləri üçün istifadə etmir. Bəs həmin sahələr vergi uçotuna alınmalıdırmı? Suala “vergiler.az” üçün iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Məsələn, tutaq ki, "BB bank"dan girov müqabilində kredit götürən və bu krediti geri qaytara bilməyən şəxsin banka girov qoyduğu üçmərtəbəli yaşayış mülkü "BB bank”ın mülkiyyətinə keçib. Bu halda bank həmin əmlakı vergi orqanında uçota aldırmalıdırmı? Bankın mülkiyyətinə keçən əmlakın vergi orqanında uçota alınmamasına görə Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən, 400 manat maliyyə sanksiyası tətbiq edilə bilərmi?

Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin digər təsərrüfat subyekti (obyekti) olduqda həmin təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınır. Bəs “təsərrüfat subyekti (obyekti)” dedikdə nə nəzərdə tutulur? "Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası"nın 2.0.4-cü bəndinə əsasən, "Təsərrüfat subyekti (obyekti)" - malların (işlərin, xidmətlərin) təqdim edilməsinin həyata keçirildiyi, həmçinin vergi ödəyicisinin gəlirlərinin formalaşmasında iştirak edən yerdir.

Deməli, vergi ödəyicisi girov müqabilində mülkiyyətinə keçən mülkdən öz sahibkarlıq fəaliyyətində istifadə etmirsə, onun gəlirlərinin formalaşmasında iştirak etməyən həmin mülk (əmlak, torpaq sahəsi və s.) vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) hesab edilmir və Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi həmin mülkü vergi orqanında uçota aldırmaq məcburiyyətində deyil və vergi ödəyicisinə həmin mülkün uçota alınmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?