26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşsizlikdən sığorta haqqının tutulması

İşsizlikdən sığorta haqqının tutulması

Əməkhaqqından məcburi tutulmalardan biri də işsizlikdən sığorta haqqıdır. Mövzu ilə bağlı maraq doğuran məqamlara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

İşsizlikdən sığorta tarifləri 30 iyun 2017-cl il tarixil, “İşsizlikdən sığorta haqqında” Qanunla tənzimlənir. İşsizlikdən sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

- işçi tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının 0,5 faizi;

- işəgötürən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi.

Misal 1: Əsas iş yeri kimi dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə mühasib vəzifəsində çalışan və ay ərzində bütün iş günlərində (5 günlük iş rejimi) tam işləyən işçinin hər ay əməkhaqqından tutulan işsizlikdən sığorta haqqı 4,5 manat təşkil edir:

900 x 0,5% = 4,5 manat

Misal 2: Əsas iş yeri kimi dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə mühasib vəzifəsində çalışan və ay ərzində bütün iş günlərində (5 günlük iş refimi) tam işləyən işçinin işəgötürən tərəfindən ödənilən işsizlikdən sığorta haqqı belə hesablanır:

900 manat x 0,5% = 4,5 manat.

Bu məbləğ hər ay işəgötürən tərəfindən işçinin xeyrinə ödənilir.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?