Azərbaycan ilə BMT arasında əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib
“BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşdük. Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlığın mövcud vəziyyətini və növbəti mərhələ üçün prioritet istiqamətləri nəzərdən keçirdik.
İqtisadi şaxələndirmə, yaşıl iqtisadiyyata keçid, rəqəmsal transformasiya, sahibkarlığın və insan kapitalının inkişafı sahələrində birgə layihələrin imkanları barədə fikir mübadiləsi apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

