8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Rusiya münasibətləri daha da genişlənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyasının iqtisadi İnkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Maksim Oreşkinlə bu yaxınlarda Davosda keçirilən görüşü xatırladıb və onun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında ticarət dövriyyəsi, nəqliyyat, birgə müəssisələrin yaradılması və digər sahələrdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iki ölkənin prezidentləri arasında əldə edilmiş razılaşmaların və eləcə də ötən ilin sentyabrında Rusiyaya rəsmi səfəri zamanı imzalanmış sənədlərin icrası ilə bağlı artıq konkret işlərin həyata keçirildiyini bildirib, bunun əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi olduğunu deyib. Prezident İlham Əliyev bu il Samur çayı üzərində körpünün istifadəyə veriləcəyini qeyd edərək bunun hər iki ölkə vətəndaşlarının gediş-gəlişi üçün yaxşı imkanlar yaradacağına və əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini bildirib. Dövlətimizin başçısı bu gün Hacıqabulda "QAZ" avtomobillərinin istehsalı zavodunun təməlinin qoyulacağının əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı iqtisadi sahədə əməkdaşlıqla bağlı yol xəritəsi çərçivəsində əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına əmin olduğunu vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkin ölkəmizə hər gəlişi zamanı Azərbaycanın ayrı-ayrı bölgə və şəhərləri, çoxlu sayda gözəl rəngarəng yerləri ilə tanış olduqlarını bildirib. Maksim Oreşkin Azərbaycan Prezidentinin ötən il Rusiyaya rəsmi səfəri zamanı təsdiq olunmuş yol xəritəsi üzrə Azərbaycanla fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək ticarət dövriyyəsi, investisiya və birgə layihələrin reallaşdırılması ilə bağlı müsbət dinamikanın mövcud olduğunu vurğulayıb. Rusiyalı nazir Azərbaycan-Rusiya sərhədinə səfər etdiklərini və Samur çayı üzərində körpünün inşası ilə bağlı işlərin gedişi ilə tanış olduqlarını qeyd edib. O, Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Qonaq bildirib ki, hazırda sərhəd boyu 3 buraxılış məntəqəsinin təkmilləşdirilməsi ilə bağlı gedən işlər Azərbaycanla Rusiyanın qarşılıqlı nəqliyyat bağlantısının inkişafına kompleks yanaşmanın tətbiq olunduğunu göstərir.

Söhbət zamanı infrastruktur, investisiya, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, birgə hökumətlərarası komissiyanın səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?