16 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev "Stadler Rail AG" şirkətinin Direktorlar Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da "Stadler Rail AG" şirkətinin Direktorlar Şurasının sədri Peter Şpuleri qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə "Stadler Rail AG" şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, bu şirkətin istehsal etdiyi çox müasir, rahat və sürətli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulanıb. Söhbət zamanı Azərbaycanda dəmir yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının artmasına, yaxın gələcəkdə dəmir yolu vasitəsilə, xüsusilə bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə qonşu ölkələrə, həmçinin Avropa ölkələrinə səfərlərin həyata keçiriləcəyinə əminlik ifadə edilərək, Azərbaycanın "Stadler Rail AG" şirkətindən bundan sonra daha çox qatarın alınmasında maraqlı olduğu bildirilib.

Görüşdə, həmçinin Azərbaycanın Davos Dünya İqtisadi Forumu ilə fəal əməkdaşlığına toxunulub, Prezident İlham Əliyevlə Davos Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Azərbaycanda yaradılması haqqında niyyət protokolunun imzalanmasının önəmi qeyd edilib. Məhz Azərbaycanın regional mərkəz seçilməsi Forum tərəfindən ölkəmizdə həyata keçirilən inkişaf proseslərinə verilən qiymət kimi dəyərləndirilib. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı nəticəsində Davos Dünya İqtisadi Forumunun dəmir yollarının keyfiyyəti ilə bağlı reytinqində dəmir yolu xidmətlərinin səmərəliliyinə görə ölkəmizi dünyada 11-ci yerə layiq gördüyü vurğulanıb.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?