25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib. AZƏRTAC xəbər verir ki, ilk növbədə dövlətimizin başçısına ötən il prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdıran qonaq Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçkilərdə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev, öz növbəsində, Kunio Mikuriyanı Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Dövlətimizin başçısı bunu onun səmərəli fəaliyyətinə verilən qiymət kimi dəyərləndirərək ölkəmizin Kunio Mikuriyanın rəhbərliyi ilə Ümumdünya Gömrük Təşkilatında həyata keçirilən işləri yüksək qiymətləndirdiyini deyib. Prezident İlham Əliyev hazırda Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini və bunun artıq çox yaxşı nəticələr verdiyini vurğulayıb və qeyd edib ki, o, Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmasını istəyir və Ümumdünya Gömrük Təşkilatının bu məqsədə çatmaq işində bizə kömək göstərməyi davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

Kunio Mikuriya Azərbaycan gömrük sisteminin nümunəvi bir qurum olduğunu və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərməsini yüksək qiymətləndirib. O, xüsusilə Azərbaycanın korrupsiya ilə mübarizənin, beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqinin və əlverişli biznes mühitinin yaradılmasının gömrük orqanlarının şəffaf fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını dedi və görülən bütün bu işlərin onda böyük təəssürat doğurduğunu qeyd edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda korrupsiya ilə mübarizənin ən prioritet istiqamətlərdən biri olduğunu deyib. Prezident İlham Əliyev gömrük orqanlarında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində şəffaflığın əldə edildiyini və gömrükdən daxil olan rüsumların planlaşdırıldığından da artıq olduğunu bildirib. Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli mühitin daha da yaxşılaşdığını qeyd edən dövlətimizin başçısı Dünya Bankı tərəfindən Azərbaycanın 10 ən çox islahatçı ölkələr sırasına daxil edildiyini, Dünya Bankının "Doing Business" hesabatında 57-ci yerdən 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını önəmli hadisə kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycanda genişmiqyaslı islahatların qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulayaraq, ölkəmizin Ümumdünya Gömrük Təşkilatı ilə bundan sonra da səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?