9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşib

“Dövlət rüsumları haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliklər Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Qanunda aşağıdakı dəyişikliklər edilib:

- Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi - 100 manat;

- Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi - 150 manat;

- Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150 manat;

- Elektrik enerjisinin paylanmasına icazənin verilməsi - 150 manat;

- Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat;

- Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat;

- Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat;

- Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat;

- "İxrac nəzarəti haqqında" qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi - 100 manat;

- İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi - 100 manat;

- Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi - 200 manat;

- Qazın nəqli üçün icazənin verilməsi - 150 manat;

- Qazın paylanmasına icazənin verilməsi – 50 manat;

- Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat;

- Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi - 100 manat;

- Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi - 150 manat;

- Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat;

- Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi - 150 manat.

AZƏRTAC

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?