Bakıda 8-ci Yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək
2027-ci ilin 23-26 iyun tarixlərində Bakı Ekspo Mərkəzində yerli biznes ekosisteminin ən böyük tədbirlərindən biri - 8-ci Yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.
Sərgidə qida, İKT, təhsil, inşaat, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkətin iştirakı gözlənilir.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
