26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan - Litva Dəyirmi Masası keçirilib

Azərbaycan - Litva Dəyirmi Masası keçirilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin və Litva Sənayeçilər Konfederasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-Litva Dəyirmi Masası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, sənaye, energetika, logistika, nəqliyyat, İKT, maliyyə, turizm, ticarət və xidmət sektorlarında fəaliyyət göstərən 30-dan çox şirkətin nümayəndəsi iştirak edib.

Ölkəmizdə səfərdə olan Litva Respublikasının xarici işlər naziri Kestutis Budrys qeyd edib ki, Avropa İttifaqından kənar regional tərəfdaşlarla iqtisadi əlaqələrin gücləndirilməsi getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın iqtisadi və strateji əlaqələrini şaxələndirmək səylərində mühüm tərəfdaşdır. Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, enerji resursları və regional bağlantıların inkişafındakı rolu onu Avropanın qaz təchizatının şaxələndirilməsinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən tərəfdaş edir.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan və Litva arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğunu bildirib. O, Litva şirkətlərini Azərbaycanın investisiya imkanlarından yararlanmağa, birbaşa biznes əlaqələrini gücləndirməyə və əməkdaşlığı konkret layihələrlə genişləndirməyə dəvət edib.

Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi tərəfindən ölkəmizin investisiya imkanlarına, Litvanın Azərbaycandakı Səfirliyi tərəfindən isə Litvanın investisiya potensialına dair təqdimatlar keçirilib.

Dəyirmi masa çərçivəsində Azərbaycan və Litva şirkətləri fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar.

Tədbir B2B və B2G görüşlərlə başa çatıb.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?