10 ayda xarici ticarətdə 12,6 milyard dollardan çox müsbət saldo yaranıb
Bu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 43 188,74 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxdur.
Cari ilin ilk 10 ayında ixrac əməliyyatlarının dəyəri 27 920,73 milyon dollar, idxal əməliyyatlarının dəyəri isə 15 268,00 milyon dollar təşkil edib. Nəticədə ölkənin xarici ticarətində 12 652,73 milyon dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2025-ci ilin eyni göstəricisini 5,2 dəfə üstələyir.
