22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb

Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb

Prezident İlham Əliyev bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, dövlət büdcəsindən maliyyələşən aşağıdakı dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılır:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi isə məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?