19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan beynəlxalq nəqliyyat daşımaları sahəsində mühüm rola malikdir

Prezident İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololeyi qəbul edib.

Dövlətimizin başçısını ötən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edən Henrik Hololey bunu Azərbaycan xalqının ölkədə sabitliyə və inkişafa göstərdiyi etimad kimi dəyərləndirib. O, bu səfəri zamanı Azərbaycanın bölgələrində olduğunu və gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib, ölkəmizin turizm və digər sahələrdə böyük potensiala malik olduğunu vurğulayıb. Qonaq, eyni zamanda, Bakıda səmərəli görüşlər keçirdiklərini bildirərək, Heydər Əliyev beynəlxalq aeroportunun və Azərbaycanda mülki aviasiya sisteminin texniki təchizatının yüksək səviyyədə olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun yaradılması istiqamətində çox böyük layihələrin reallaşdığını vurğulayaraq, altı beynəlxalq hava limanının, beynəlxalq standartlara cavab verən avtomagistral yollarının, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası və digər işlərin həyata keçirilməsi nəticəsində ölkəmizin mühüm beynəlxalq nəqliyyat qovşağına çevrildiyini bildirib. Dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Şimal-Qərb istiqamətlərində nəqliyyat daşımaları sahəsində mühüm rol oynayacağını qeyd edərək, perspektivlər nəzərə alınmaqla bu sahədə artıq konkret işlərin görüldüyünü diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasının önəmi qeyd olunub, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?