28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycandan keçən Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib

Çindən İtaliyaya tomat pastası daşıyan konteyner qatarlarının hərəkəti bərpa olunub.
“ADY Konteyner” MMC-dən bildirilib ki, 82 konteynerdən ibarət növbəti qatar operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” olan “Beket-Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanından Ələt limanına çatdırılıb. İyirmi futluq konteynerlər limanda aşırıldıqdan sonra platformalara yüklənərək dəmir yolu vasitəsilə Gürcüstanın Poti limanına, oradan isə gəmilərlə İtaliyaya çatdırılacaq. Daşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası başlayandan Çindən İtaliyaya mütəmadi olaraq tomat pastası daşıyan konteyner qatarlarının hərəkətində fasilə yaranmışdı.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?