17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

MBNP və "Visa" arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

“Visa Inc” beynəlxalq kart təşkilatı ilə Maliyyə Bazarına Nəzarət Palatası (MBNP) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bunu “Visa Token” xidmətinin istifadəyə verilməsinə həsr olunmuş mətbuat konfransında “Visa”nın Qafqaz, MDB və Cənub-Şərqi Avropa regionu üzrə baş meneceri Kristina Doroş deyib. Onun sözlərinə görə, bu memorandum ölkədə yeni ödəniş texnologiyalarının tətbiqinə imkan yaradacaq. K.Doroş tərəfindən “Visa Token” xidməti və onun üstünlükləri, ölkədə rəqəmsal ödənişlərin inkişafı sahəsində təşkilatın əsas prioritet istiqamətləri, tətbiq ediləcək yeni məhsul və xidmətlər haqqında ətraflı məlumat verilib.

\MBNP-nin Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov ölkədə bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin inkişafı və bu sahədə innovativ ödəniş həllərinin tətbiqi, məsafəli bank xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən layihələr və gələcək perspektivlər haqqında məlumat verib. Eyni zamanda, “Visa Token” xidmətinin Azərbaycanda tətbiqinin rəqəmsal ödənişlərin inkişafında yeni bir mərhələ olması, bu xidmətin rəqəmsal ödənişlərin təhlükəsizlik və effektivlik səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsi qeyd olunub.

“Visa Token” xidməti nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr, o cümlədən mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, daha innovativ həllərin tətbiqinə imkan verəcək. Memorandum ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması, rəqəmsal ödənişlərin inkişafı üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi və rəqəmsal ödənişlər sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, habelə rəqəmsal ödənişlərin inkişafı və innovativ ödəniş həllərinin istifadəsinin genişləndirilməsi üzrə birgə əməkdaşlıq istiqamətlərini müəyyən edir.

VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?