31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avropa İttifaqı: "Çirkli pulların yuyulmasına qarşı xüsusi tənzimləyici yaradılacaq"

Avropa İttifaqı: "Çirkli pulların yuyulmasına qarşı xüsusi tənzimləyici yaradılacaq"

Avropa İttifaqı təşkilata üzv ölkələrin banklarının mərkəzində olduğu və mövcud tənzimləyicilər tərəfindən vaxtında aşkar edilməyən bir sıra qalmaqallardan sonra çirkli pulların yuyulması ilə məşğul olacaq xüsusi tənzimləyicinin yaradılması imkanlarını nəzərdən keçirir. Bu barədə "Financial Times" qəzeti dekabr ayında Aİ ölkələrinin maliyyə nazirləri tərəfindən müzakirə ediləcək sənəd layihəsinə istinadən yazıb.

Onlar Avropa Komissiyasına çirkli pulların yuyulmasının qarşısını alacaq yeni müstəqil qurumun işi, eləcə də müştərilərin yoxlanılması ilə bağlı tövsiyələr hazırlamağı tapşırmaq niyyətindədirlər.

Qeyd edək ki, son zamanlarda Latviyanın ABLV, Danimarkanın "Danske Bank", İsveçin "Swedbank" bankında və digər banklarda çirkli pulların yuyulması ilə bağlı bir sıra genişmiqyaslı qalmaqallar yaşanıb. Yeni tənzimləyicinin yaradılması ideyası Fransa və Hollandiya tərəfindən dəstəklənir. Onların fikrincə, sıfırdan yaradılacaq yeni qurum ən yaxşı həll yolu ola bilər. Hərçənd mövcud Avropa bank administrasiyasının gücləndirilməsi variantı da nəzərdən keçirilir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?