24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların maarifləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti (AİBNDX) arasında görüş keçirilib.

ASK-dan bildirilib ki, görüş Dövlət Xidməti ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, sahibkarların maarifləndirilməsi və digər məsələlərin müzakirə edilməsi məqsədini daşıyıb.

Videokonfrans formatında keçirilən görüşdə sahibkarları maraqlandıran məsələlərə toxunulub. Dövlət satınalmaları sahəsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün satınalmalar prosesində bərabər imkanların yaradılması, istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi, istehlak bazarına nəzarət, süni qiymət artımı ilə mübarizə, haqsız rəqabətin qarşısının alınması, standartlaşdırma, metreologiya və sair istiqamətlərdə qanunvericiliklə müəyyən edilmiş kompleks tədbirlərin görüldüyü vurğulanıb.

Bildirilib ki, yeni normativ hüquqi sənədlərin hazırlanması və bəzi qanunların təkmilləşdirilməsi üzərində ciddi işlər aparılır.

Görüşdə qurumlar arasında İkitərəfli Əməkdaşlıq Şurasının yaradılması təklif edilib və bu məsələnin müzakirə edilməsi qərara alınıb.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?