22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin əməkdaşlığı nəticəsində aşkarlanmış korrupsiya hüquqpozmalarına dair cinayət işi məhkəməyə göndərilib

Ölkəmizdə iqtisadi fəallığın gücləndirilməsi, sahibkarlıq subyektləri üçün bazar imkanlarının genişləndirilməsi, onların hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi sahəsində keçirilmiş mütərəqqi islahatlara baxmayaraq, şəxsi maraqları naminə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə sahibkarların hüquqlarını pozan vəzifəli şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, əvvəllər hər iki qurumun birgə yaydıqları məlumata əlavə olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi Azər Allahverdiyevin və həmin İdarənin Nərimanov rayon şöbəsinin müfəttişi Cahid Tahirovun vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 min manat məbləğində pulun bir qismini rüşvət kimi alarkən cinayət başında yaxalanmaları qeyd olunub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Azər Allahverdiyev və Cahid Tahirov şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla Azər Allahverdiyevin Cahid Tahirovla cinayətkar əlaqəyə girməklə “Laçın Çörək Evi” adlı çörək istehsalı sexinə rəhbərlik edən vətəndaşdan vergi yoxlamalarından kənarda qalması, ümumi himayədarlıq, eləcə də digər qanunsuz hərəkətlər müqabilində 2019-cu ilin iyul-avqust ayları ərzində ümumilikdə 3500 manat məbləğində pulu rüşvət qismində istəyərək almasına, bundan əlavə cari ilin martında Cahid Tahirov ilə birlikdə həmin sexə rəhbərlik edən vətəndaşdan qanunsuz hərəkətləri üçün 10 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməsinə, nəticədə isə 6 min manata razılaşmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Cinayət işi üzrə ibtidai istintaq avqustun 21-də tamamlanaraq, aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?