28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Altı ayda "Şahdəniz"dən 9,4 milyard kubmetr təbii qaz çıxarılıb

Yanvar-iyun aylarında "Şahdəniz" yatağından - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birgə 9,4 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,4 milyon barel) kondensat hasil edilib.

Bu barədə "BP Azerbaijan" şirkətindən məlumat verilib. Bildirilir ki, mövcud "Şahdəniz" qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdən çoxdur.

Rüb ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan ("GOGC" şirkətinə) və Türkiyə ("Botaş" şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.

İlin birinci yarısında "Şahdəniz" üzrə fəaliyyətlərə 409 milyon dollaradək əməliyyat və 452 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.

"Şahdəniz"də iştirak payları belədir: BP (operator) 28,8 faiz, "AzŞD" 10 faiz, "SGC Upstream" 6,7 faiz, "Petronas" 15,5 faiz, "LUKoil" 10 faiz, "NICO" 10 faiz və "TPAO" 19 faiz.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?